[b]Avropada ilin idmançısı müəyyənləşdi[/b]
27.12.2016 - 18:13
[b]Avropada ilin idmançısı müəyyənləşdi[/b]

Avropada 2016-cı ilin ən yaxşı idmançısının adı bəlli olub. Apasport.az saytının məlumatına görə, 59-cu dəfə keçirilən ənənəvi sorğunun qalibi Portuqaliya millisinin və İspaniya “Real” klubunun futbolçusu Kriştianu Ronaldo olub.

 

O, qitənin nüfuzlu informasiya agentlikləri arasında keçirilən səsvermədə 204 xalla hamını qabaqlayıb. İkinci pillədə böyük britaniyalı tennisi Endi Mürrey qərarlaşıb. Avropanın 3-cü ən yaxşı idmançısı isə macarıstanlı üzgüçü Katinka Hoşu seçilib.