Avropa bir çox çempionatlarında 2017/18 futbol mövsümü başa çatıb. Apasport.az saytının məlumatına görə, qitənin ən böyük 5 birinciliyində “Mançester Siti” (İngiltərə), “Barselona” (İspaniya), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya) və PSJ (Fransa) çempionluqlarını elan ediblər.
Bəs bu turnirlərdə komandalarına çempoionluqda ən çox hansı futbolçular kömək edib?
Rəqəmlərə nəzər salaq.
- Komandasına ən çox kömək edən futbolçu Lionel Messidir. O, İspaniya La liqasında meydana çıxdığı 35 oyunda 34 qol vuraraq “katalonlar”ın çempionluğunda böyük pay sahibi olub.
- Avropanın 5 böyük liqasında ən çox qol vuran ikinci futbolçu isə “Liverpul”un misirli ulduzu Məhəmməd Salahdır. O, 36 oyunda rəqib komandaların qapısından 32 qol keçirərək mövsümə damğasını vurub.
- Komandasının uğrunda ən çox pay sahibi olan qapıçıların siyahısında Yan Oblak birincidi. “Atletiko”nun sloveniyalı çərçivə qoruyucusu bu mövsüm La liqada meydana çıxdığı 37 oyunun 23-də qapısını toxunulmaz saxlamağı bacarıb.
- Ən çox seyv edən qapıçı isə “Mançester Yunayted”li De Xeadı. İspan qolkiper 34 oyunda 96 dəfə real qol şansının qarşısını alıb.
- Cari mövsüm ötürmələrinin dəqiqliyi ilə seçilən futbolçu PSJ-nin braziliyalı müdafiəçisi Tiyaqo Silvadı. O, Fransa 1-ci liqasında meydana çıxdığı 24 oyunda 96% dəqiq ötürmə verərək Avropa səviyyəsində liderdi.
- Köhnə qitənin 5 böyük liqasında ən çox “assist” edən futbolçu “Mançester Siti”nin üzvü Kevin De Bründür. “Şəhərlilər”in mərkəz yarımmüdafiəçisi Premyer Liqada bu mövsüm 16 məhsuldar ötürmə verərək komanda yoldaşlarına kömək edib.
- Avropada ən çox qol epizodu yaradan futbolçu mövsümün ortasında “Vest Hem”dən 30 milyon avroya “Marsel”ə transfer olan Dmitri Payedir. Fransız pleymeyker Fransa Liqa 1-də meydana çıxdığı 29 matçda 109 qol epizodu yaradıb.