[b]Avropanın 36-cısı[/b]
30.12.2016 - 10:39
Avropa ölkələrinin milli çempionatlarının reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə qitənin 53 liqası yer alıb.
Topaz Premyer Liqası siyahının 36-cı pilləsində qərarlaşıb. Çempionatımızın gücü 1774,46 xalla dəyərləndirilib.
Avropanın ən güclü liqası isə İngiltərə Premyer Liqasıdı – 2219,88. İspaniya 2216,12 xalla 2-cidi. İlk “üçlüy”ü isə İtaliya tamamlayır – 2195,49.
Qeyd edək ki, qonşu Türkiyə çempionatı cədvəldə 13-cüdü – 1999,14 xal.
0
0