[b]Avropanın 4 ən yaxşısı müəyyənləşdi[/b]
28.11.2016 - 10:47
[b]Avropanın 4 ən yaxşısı müəyyənləşdi[/b]

Futzal üzrə UEFA kubokunda elit-raunda yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Dördlər finalı”nın bütün iştirakçıları müəyyənləşib.

 

2017-ci ilin aprelində keçiriləcək mərhələdə İspaniyanın “İnter”, Qazaxıstanın “Kayrat”, Rusiyanın “Yuqra” və Portuqaliyanın “Sportinq” klubları mübarizə aparacaq. Həlledici matçlar aprelin 27-30-da baş tutacaq. Avropanın 45 ən güclüsü kubokun qalibini müəyyənləşdirəcək.

 

Qeyd edək ki, Azərbaycan çempionu “Araz” elit-raundda “Yuqra”nın qalibi olduğu B qrupunda 3-cü olub.