[b]Avstraliya mundialın bir addımlığında[/b]
10.10.2017 - 18:12
[b]Avstraliya mundialın bir addımlığında[/b]

DÇ-2018-in Asiya zonasında pley-off mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, cavab matçında Suriyadan üstün olan Avstraliya yığması dünya çempionatına vəsiqə şansını davam etdirib.

 

Malakkadakı qollu (1:1) bərabərə qalan cütlüyün Sidneydəki cavab qarşılaşmasına sürətli başlayan qonaqlar Əl-Somanın erkən (6-cı dəqiqə) qolu ilə önə keçsələr də, Tim Keyhill 13-cü dəqiqədə hesabı bərabərləşdirib. Əsas vaxtı heç-heçə bitən görüşün 109-cu dəqiqəsində Keyhill avstraliyalılara qələbə gətirən qola imza atıb – 2:1. Son dəqiqədəki hücumda dirəyə “ilişən” Suriyanın mundial arzusu puç olub.

 

Avstraliya isə KONKAKAF zonasının seçmə mərhələsində 4-cü yeri tutan komanda ilə Rusiyadakı yarışa vəsiqə uğrunda üz-üzə gələcək.