[b]Ayxan Abbasov həmkarından geri qalacaq[/b]
10.07.2017 - 19:37
[b]Ayxan Abbasov həmkarından geri qalacaq[/b]

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Astra” – “Zirə” oyunundan bir gün əvvəl hər iki komandanın baş məşqçilərinin mətbuat konfranslarının və açıq məşqlərinin vaxtı bəlli olub. Apasport.az saytının məlumatına görə, media mənsublarının önünə əvvəlcə meydan sahiblərinin baş məşqçisi çıxacaq.

 

Eduard İordanesku Bakı vaxtı ilə saat 19:30-da sualları cavablandıracaq. 20:00-da isə “Astra”nın ilk 15 dəqiqəsi mətbuata açıq məşqi olacaq.

 

Ayxan Abbasov isə rəqib həmkarından 1.5 saat sonra – saat 21:00-da media ilə görüşəcək. 21:30-da “Zirə” oyunöncəsi son məşqini edəcək.

 

Hər iki mətbuat konfransı “Marin Anastasoviçi” arenasının mətbuat zalında, məşqlər isə stadionun meydançasında baş tutacaq.