“Bu hesabla məğlub olmaq istəməzdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə “Astra” ilə qarşılaşan təmsilçimiz 1:3 hesabı ilə məğlub olub.
Oyundan sonra təşkil olunan mətbuat konfransında qısa açıqlama verən Abbasov fikirlərini bölüşüb: “İlk hissə istədiyimiz kimi başa çatdı. Qol da vurmuşduq. İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq. Lakin futbolçularımın əzmkarlığı məni qane etdi. Yeni oyunçularımıza uyğunlaşmaları üçün bir az vaxt lazımdı. İnanıram ki, cavab matçında daha yaxşı çıxış edəcəyik".