[b]AZAL-da klubdaxili iclas keçirildi - FOTO[/b]
30.01.2016 - 18:00
[b]AZAL-da klubdaxili iclas keçirildi - FOTO[/b]

Sabah Şüvəlanda “Qarabağ”la qarşılaşacaq AZAL-ın rəhbərliyi futbolçu və məşqçi heyəti ilə görüş keçirib. Apasport.az saytının məlumatına görə,  klubun bazasında baş tutan tədbirdə vitse-prezident Fikrət Hüseynov komandanın üzvləri ilə bir araya gəlib.

 

Tədbir daha çox qeyri-rəsmi xarakter daşıyıb. Görüş zamanı Hüseynov əvvəlcə heyətə yeni cəlb olunan futbolçularla tanış olub.

 

Baş məşqçi Tərlan Əhmədov bu oyunçuları təqdim edib və onlar barədə vitse-prezidentə məlumat verib. Hüseynov çıxışında klubla bağlı bir sıra məqamlara toxunaraq, hamını çempionat oyunlarının bərpa olunması münasibəti ilə təbrik edib: “Nəhayət uzun fasilədən sonra çempionatın görüşlərinə çıxacaqsız. Sabah liderə qarşı mübarizə aparacaqsınız. Biz bu mövsüm Şüvəlanda məğlub olmamışıq. “Qarabağ”la qarşılaşmada da sizə qələbə arzulayırıq. İnanırıq ki, bu dəfə də bizi sevindirəcksiniz.”

 

Toplantının yekununda komandanın baş məşqçisi çıxış edərək, yetirmələrinə inandığını bildirib. O, bütün futbolçulara güvəndiyini və qarşıya qoyulan tələblərin yerinə yetiriləcəyini qeyd edib.