[b]AZAL-ın futbolçusu Ukraynaya gedir[/b]
11.04.2016 - 14:19
[b]AZAL-ın futbolçusu Ukraynaya gedir[/b]

AZAL-ın futbolçusu əməliyyat olacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, söhbət yarımmüdafiəçi Tagim Novruzovdan gedir.

 

Topaz Premyer Liqasının “Neftçi” ilə XXV tur matçında ağır zədə alan 28 yaşlı oyunçu ölkə xaricinə yollanacaq. Belə ki, sağ diz oynağının ön çarpaz bağlarında qopma aşkarlanan Novruzov iki gün sonra Kiyevə yola salınacaq. Klub rəhbərliyi əməliyyat üçün bütün təşkilati işləri artıq başa çatdırıb.

 

Kiyevin “Doktor Linko” klinikası ilə müqavilə bağlanılıb və aprelin 14-də Tagim əməliyyat masasına uzanacaq. Futbolçunu ukraynalı cərrah Vladimir Novikov əməliyyat edəcək. O, aprelin 19-da Bakıya qayıdacaq.

 

Qeyd edək ki, bu zədə ucbatından Tagim Novruzov üçün mövsüm erkən bitib.