Topaz Premyer Liqasının XXIV turunda “Xəzər Lənkəran” üzərində səfər qələbəsi qazanan AZAL-da istirahət başa çatıb. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” növbəti turda “Neftçi” ilə keçiriləcək qarşılaşmanın hazırlıqlarına başlayıb.
Ölkə kubokunda mübarizəni dayandırdığı üçün bütün diqqətini çempionata yönəldən Tərlan Əhmədovun komandası Avrokubok yolunda əsas rəqiblərindən olan “Neftçi”ni əliboş yola salmağa çalışacaq.
Lakin komanda vacib görüşə ciddi itki ilə çıxacaq. Belə ki, gürcüstanlı futbolçu Aleksandr Quruli paytaxt derbisini buraxmalı olacaq. Buna səbəb 31 yaşlı yarımmüdafiəçinin “Xəzər Lənkləran”la görüşün birinci hissəsində zədələnməsidi. Lənkərandakı matçda qələbə qolunun müəllifi olan Quruli fasilədən sonra əvəzlənmək məcburiyyətində qalmışdı.
4 qollu Nuqzar Kvirtiyadan sonra 3 qolla AZAL-ın cari mövsümdə ən məhsuldar ikinci futbolçusu olan Quruli yalnız gələn həftənin əvvəlində məşqlərə başlaya biləcək.
Qeyd edək ki, XXV tur çərçivəsində baş tutacaq AZAL - “Neftçi” oyunu martın 13-də keçiriləcək.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?