[b]AZAL-ın qapıçısı Superliqa klubunda[/b]
12.07.2016 - 01:15
[b]AZAL-ın qapıçısı Superliqa klubunda[/b]

AZAL-ın qapıçısı Stansilav Namaşko karyerasını Yunanıstan Superliqasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bir zamanlar “Kuban”, “Spartak Nalçik” və “Volqar”ın da formasını geyinmiş “çərçivə qoruyucusu” “Levadiakos”la anlaşıb.

 

Bu barədə klub saytı xəbər yayıb. Müqavilənin şərtləri haqqında əlavə məlumat verilmir.

 

Qeyd edək ki, 2014-cü ildən “təyyarəçilər”in şərəfini qoruyan moldovalı “əlcək sahibi” bu müddətdə 54 oyunda meydana çıxıb.