Topaz Premyer Liqasının ikinci yarısının ilk oyun günündə keçirilməli olan AZAL – “Qarabağ” matçının vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, buna paytaxt təmsilçisinin PFL-ə müraciəti səbəb olub.
Belə ki, AZAL əsas heyətin 3 üzvünün 21 yaşlı futbolçulardan ibarət Azərbaycan millisinin düşərgəsində olduğunu əsas gətirərək, XIX turun qarşılaşmasının vaxtının dəyişdirilməsini xahiş edib. Yarışların Əsasnaməsini və “Qarabağ”ın razılığını rəhbər tutan PFL klubun müraciətini müsbət dəyərləndirib.
Bu üzdən də AZAL – “Qarabağ” görüşü əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 30-da deyil, ertəsi gün – 31-də keçirilməsinə qərar verilib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"