[b]AZAL ilə oyuna braziliyalılarsız [/b]
19.04.2017 - 17:38
[b]AZAL ilə oyuna braziliyalılarsız [/b]

Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə AZAL ilə qarşılaşacaq “Kəpəz” oyunun hazırlıqlarına start verib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “Qəbələ” üzərindəki ev qələbəsindən sonra iki gün istirahət edən komanda matça Bakıda hazırlaşır.

 

“Sarı-göylər”in bu günkü məşqi ADBTİA-nın stadionunda keçirilib. Gəncə klubunun sabaha təyin olunan məşqi saat 10:30-da “İnter Arena”da olacaq. AZAL ilə oyun süni meydançada keçiriləcəyindən “Kəpəz” məhz belə örtükdə hazırlıq keçməyə üstünlük verib.

 

“Kəpəz”in bu gün keçirilən məşqində yüngül zədəsi olan braziliyalılar - Renan Alveş və Dario Frederiko iştirak etməyib. 

 

Qeyd edək ki, aprelin 23-də keçiriləcək AZAL – “Kəpəz” matçı saat 17:00-da start götürəcək.

 

0