[b]AZAL kapitanını cəzalandırdı[/b]
13.03.2015 - 10:52
[b]AZAL kapitanını cəzalandırdı[/b]

Topaz Premyer Liqasının XXV turu çərçivəsində “Bakı” ilə matçda qırmızı vərəqə alan AZAL-ın kapitanı Rəşad Abdullayev daha bir cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq diskvalifikasiya edilən təcrübəli yarımmüdafiəçini klubu da cəzalandırıb.

 

Adətən belə vəziyyətlərdə futbolçunun mükafatını kəsən “təyyarəçilər” Rəşada da eyni cəzanı tətbiq edəcəklər. Belə ki, rəhbərlik 34 yaşlı futbolçunun elə “Bakı” ilə matçdakı qələbəyə görə alacağı mükafatı kəsmək qərarına gəlib.

 

Qeyd edək ki, AZAL-ın 2:0 hesabı ilə qələbə qazandığı qarşılaşmanın 86-cı dəqiqəsində Rəşad Abdullayev rəqib futbolçunu təhqir etdiyi üçün qırmızı vərəqə almışdı.