[b]AZAL Premyer Liqadan “uçdu”[/b]
02.04.2017 - 18:52
Azərbaycan Premyer Liqasının XXIV turu aşağı dəstəyə yuvarlanacaq komandanın adına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, AZAL-ın sonuncu pillədə qalacağını rəsmiləşdirməsi aprelin 2-də baş tutan “İnter”lə oyundan sonra bəlli olub.
“Təyyarəçilər” Premyer Liqadan sona 4 tur qalmış “İnter”lə səfər oyununda uduzaraq (1:2) I Diviziona “uçub”.
Çünki hazırda 10 xala malik AZAL 7-ci olan “Kəpəz”dən 14, 6-cı olan "Neftçi"dən 16, 5-ci “Sumqayıt”dan isə 18 xal geridədi.
0
0