Futbol üzrə Azərbaycan çempionatının I divizionunda mübarizə aparan "Qaradağ Lökbatan” yeni mövsümün hazırlıqlarını davam etdirir. Apasport.az xəbər verir ki, ötən mövsümü ikinci yerdə başa vuran komanda növbəti yoxlama oyunu keçirib. Qaradağlılar Premyer Liqa təmsilçisi AZAL-la qarşılaşıb. “AZAL Arena”da keçirilən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Maraqlıdı ki, AZAL-ın heyətində Aleksandr Quruli, Rail Məlikov və Murad Səttarlı "meydanda" olub. Düzdü, həmin futbolçular "təyyarəçilər"ə qayıtmayıblar. Qurulinin harda olduğu bəlli deyil, Məlikov "Sumqayıt"da, Səttarlı isə "Zirə"dədi. Sadəcə, ya forma çatışmazlığı olub, ya da hər 3 futbolçu komandaya çox xeyir verdiklərindən rəhbərlik bu yolla onlar daim xatırlamaq istəyib.