[b]Azarkeşlər istefaya göndərilmiş məşqçiyə heykəl ucaldacaqlar[/b]
01.03.2017 - 15:22
[b]Azarkeşlər istefaya göndərilmiş məşqçiyə heykəl ucaldacaqlar[/b]

“Lester”in sabiq baş məşqçisi Klaudio Ranyerinin heykəli ucaldılacaq. Apasport.az saytı BBC-yə istinadən xəbər verir ki, bu təşəbbüs komandanın fanatları tərəfindən irəli sürülüb.

 

“Lester”in iki azarkeşi Ceyms Dillon və Coş Fillips şəhərdə Ranyerinin heykəlinin ucaldılması üçün insanlardan pul yığmağa başlayıb. Onlar ümumilikdə 10 min funt-sterlinq toplamağı planlaşdırıblar. Hələ ki 770 funt-sterlinq yığmaq mümkün olub.   

 

Qeyd edək ki, ötən ay “Lester”dən kənarlaşdırılmış Ranyeri 2015/16 mövsümündə “tülkülər”ə İngiltərə çempionluğunu qazandırıb.