Türkiyədə maraqlı futbol hadisəsi baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, azarkeşsiz oyuna 20 mindən çox bilet satılıb.
Məsələ burasındadı ki, TFF birinci liqa klubu “Əskişəhərspor” cəzalı olduğu üçün son 4 ev oyununu boş tribunalar önündə keçirib. Lakin klubun azarkeşləri “Girəsunspor”la dünən keçirilən qarşılaşmadan əvvəl rəhbərlikdən bilet satışa çıxarmağı xahiş edib. Bunu nəzərə alan Əskişəhər klubu 26 min bilet satışa çıxarıb. Azarkeşlər də kluba maddi yardım məqsədilə bu kampaniyada fəal iştirak ediblər və artıq 21 min 300 bilet satılıb. “Əskişəhərspor”un qələbəsi ilə (1:0) nəticələnən oyun geridə qalmasına baxmayaraq, kassalarda 4700 bilet qalıb ki, onun da satışı davam etdirilir.
Qeyd edək ki, biletin qiyməti 20 lirədi (10 manat). Yəni azarkeşlər bilet satışından kluba 426 min lirə (213 min manat) maddi yardım ediblər.