[b]Azərbaycan - Almaniya matçının məkanı dəqiqləşdi[/b]
03.10.2017 - 09:43
[b]Azərbaycan - Almaniya matçının məkanı dəqiqləşdi[/b]

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Almaniya oyununun yeri və vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, noyabrın 9-da Bakıda baş tutacaq qarşılaşma “Dalğa Arena”da keçiriləcək.

 

Millimizin Bundestimlə ev oyunu saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, Almaniya ilə Bakıdakı görüş millimizin seçmə mərhələdə 4-cü matçı olacaq. İlk iki oyunda məğlubiyyət alan yığmamız oktyabrın 6-da baş tutacaq 3-cü matçında da Bundestimlə görüşəcək. Bu qarşılaşma Kotbusda təşkil olunacaq.