“Qəbələ”nin sabiq futbolçusu Andrei Kristea Rumıniyaya qayıdıb. Apasport.az saytı xəbər verir ki, 32 yaşlı hücumameyilli yarımmüdafiəçi Liqa-1 təmsilçisi “Munisipial”la anlaşıb.
Tərəflər arasında 1 il 6 aylıq müqavilə imzalanıb. “Munisipial” yeni futbolçusunu artıq ictimaiyyətə təqdim edib.
“Qəbələ”dən ayrıldıqdan sonra bir müddət İtaliyanın aşağı liqasında çıxış edən Kristeanın ordakı karyerası uğurlu alınmayıb. Bu səbəbdən təcrübəli futbolçu ölkəsinə qayıtmağa qərar verib.
Qeyd edək ki, “Qəbələ”yə rumıniyalı çalışdırıcı Dorinel Muntyanunun vaxtında transfer edilmiş Kristea “qırmızı-qaralar”da özünü yaxşı tərəfdən göstərə bilməmişdi. Azərbaycan çempionatında cəmi 9 oyunda iştirak etməsi və qola həsrət qalması bunu təsdiqləyən məqamlardı.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"