[b]Azərbaycan çempionuna şotlandiyalı briqada[/b]
08.07.2016 - 15:20
[b]Azərbaycan çempionuna şotlandiyalı briqada[/b]

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Düdelanj”la keçirəcəyi cavab qarşılaşmasının da hakimləri məlum olub. Apasport.az saytının məlumatına görə, Lüksemburqda baş tutacaq oyun şotlandiyalı hakimlər briqadasına həvalə edilib.

 

İyulun 20-də “Jos Nosbaum” stadionunda üz-üzə gələcək rəqiblərin görüşündə Klani Kevin fit çalacaq. Ona həmyerliləri Stevenson Styuart və Karr Sin kömək edəcəklər. Oyunun 4-cü hakimi Robertson Donald olacaq.

 

Hakimlərin işinə rumıniyalı Aleksandru Dyakon qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə irlandiyalı Nyuton İmon olacaq.