[b]Azərbaycan yığması kimlə oynayıb: Rusiya, yoxsa ermənilərlə?[/b]
11.08.2016 - 16:25
[b]Azərbaycan yığması kimlə oynayıb: Rusiya, yoxsa ermənilərlə?[/b]

Qazaxıstanın Şımkent şəhərində keçirilən “Prezident kuboku” turnirində qeyri-müəyyənlik yaradıb. Apasport.az saytının məlumatına görə, bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə 1:12, əvvəlki turlarda isə Tacikistana 0:6, İrana 0:10 hesabı ilə uduzan komandanın kimliyi sual altına düşüb.

 

Təşkilatçılar bu komandanı Rusiya-2 kimi qələmə versə də, bu ölkənin “Sport-ekspress” nəşri belə biabırçı nəticələrlə diqqət çəkən yığmanın izinə düşüb. Həmkarlarımızın müraciət etdiyi Rusiya Futbol İttifaqında belə komandanın varlığı və Qazaxıstanda oynaması təəccüblə qarşılanıb.

 

Rusiya mətbuatı hələ də David Xmelidzenin baş məşqçisi olduğu, özü kimi gürcülər və daha çox da ermənilərdən ibarət yığmanın haranı təmsil etdiyini araşdırır. Onlar Abşilava, Oqancanyan, Qoqriçiani, Marderosyan, Papazyan, Qalustyan, Kolyan, Zarandiya, Keqyan kimi oyunçulara malik komandanın ya Soçi şəhərinin, ya da Krasnodar vilayətinin yığması olduğu qənaətindədi.