[b]Azərbaycan klubları almanlarla qarşılaşmayacaq[/b]
15.12.2016 - 18:14
[b]Azərbaycan klubları almanlarla qarşılaşmayacaq[/b]

Almaniya klubları maraqlı addım atıblar. Apasport.az saytı xəbər verir ki, bu ölkənin futbol komandaları qış təlim-məşq toplanışını Antalyada keçirməməyə qərar veriblər.

 

Səbəb isə bu yaxınlarda Türkiyədə baş vermiş terror hadisəsidi. 

 

Maraqlıdı ki, bu qərarı Almaniyanın yalnız 1 klubu dəstəkləməyib. III liqa təmsilçisi “Rot-Vayss” Antalyada toplanış keçməyi planlaşdırır. Bu isə o deməkdi ki, qışda Antalyaya yollanacaq Azərbaycan klubları “Rot-Vayss” istisna olmaqla, Almaniyanın heç bir komandası ilə yoxlama matçı keçirə bilməyəcək.

 

Qeyd edək ki, ötən mövsüm təkcə Bundesliqanın 7 təmsilçisi qış hazırlığı üçün Türkiyəyə yollanmışdı.