Avropa Liqasının I təsnifat mərhələsində çıxış edən Azərbaycan klubları cavab oyunlarıı iyulun 7-də keçirəcək. Apasport.az saytının məlumatına görə, avrokuboklıar tarixində 2-ci dəfə klublarımızın qarşılaşmaları bu tarixə təsadüf edəcək.
İlk belə hal 2011-ci ildə qeydə alınıb. 5 il öncə iyulun 7-də 2 komandamız meydana çıxıb. Maraqlıdı ki, həmin matçıların hər ikisində 3 qol vurulub.
Səfərdə “Minsk”in (Belarus) qonağı olan “Olimpik Şüvəlan” meyddanı məğlub tərk edib - 1:2. Təmsilçimizin qoluna öz qapısını nişan alan belaruslu Aleksandr Saçivko vurub.
Eyni gündə meydana çıxan “Qarabağ” isə “Banqa”nı (Litva) darmadağın edib - 3:0. Ağdam klubunun qollarını Admir Teli, Rəşad Sadiqov və Ansi Aqolli vurublar.
Qeyd edək ki, 3 gündən sonra “Qəbələ” Gürcüstanda “Samtredia”nın, “Kəpəz” Moldovada “Daçiya”nın qonağı olacaq, “Neftçi” isə evdə Malta “Baltsan”ını qəbul edəcək.