[b]Azərbaycan kuboku: 1/4 finalın iki cütü bəlli oldu[/b]
03.12.2016 - 15:02
[b]Azərbaycan kuboku: 1/4 finalın iki cütü bəlli oldu[/b]

Azərbaycan kubokunun 1/4 final mərhələsinin iki cütü müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/8 finalın bu gün başa çatan ilk iki qarşılaşmasında “Neftçi” və “İnter”in rəqibləri bəlli olub.

 

Səfərdə “Turan Tovuz”u məğlub edən zirəlilər 1/4 finalda “Neftçi” ilə qarşılaşacaq.

 

Səfər oyununda “Şahdağ”ı 5:1 hesabı ilə yenən “Kəpəz” də paytaxt təmsilçisi ilə görüşəcək. Gəncəlilərin rəqibi “İnter”di.