[b]Azərbaycan kuboku: Bombardir dəyişdi[/b]
10.03.2016 - 11:23
[b]Azərbaycan kuboku: Bombardir dəyişdi[/b]

Azərbaycan kubokunun cari mövsümünün bombardirləri siyahısında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin “Xəzər Lənkəran”la cavab oyununda hesabı açan Ruslan Qurbanov yarışın ən məhsuldar futbolçularının cədvəlində vahid liderliyi ələ alıb.

 

Bu oyunadək “Zirə”nin salvadorlu legioneri Nelson Bonilla ilə eyni sayda qol vuran milliləşən rusiyalı penaltini dəqiqə yerinə yetirib, şərikini arxada qoyub. Komandası mübarizəni dayandıran mərkəzi amerikalı isə daha iki oyunçunun ona çatması ilə barışıb.

 

Belə ki, dubl müəllifi olan Aleksey Qay (“Qəbələ”) və Samuel Armenteros (“Qarabağ”) da qol sayını 3-ə çatdırıb. Nelsondan fərqli onların Qurbanova çatmaq imkanları var. Bunun üçün cütlük yarımfinalda da məhsuldarlıq nümayiş etdirməlidi.

 

3 və ya daha çox qol vuran 4 bombardiri hərəyə 2 dəfə fərqlənən 6 oyunçu izləyir. Onlardan ikisinin komandası mübarizəni dayandırsa da, digər 4 futbolçunun bombardirlik şansları qalır. Bunlar Elşən Abdullayev (“Neftçi”), Muarem Muarem (“Qarabağ”), Sezar Meza Kolli (“İnter”) və Ermin Zetsdi (“Qəbələ”).

 

Qeyd edək ki, ötən mövsümün ən yaxşı bombardiri Vüqar Nadirov 5 qolla hamını qabaqlamışdı.