Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, artıq başa çatan qarşılaşmalardan sonra “İnter”, “Qarabağ”, “Qəbələ” və “Neftçi” yarımfinala yüksəlib.
“İnter” “Rəvan”a (1:2, 3:0), “Neftçi” “Xəzər Lənkəran”a (2:3, 2:0) məğlubiyyətin əvəzini çıxıbsa, “Qarabağ” “Sumqayıt”ı (2:0, 4:1), “Qəbələ” “Zirə”ni (2:1, 5:1) ikinci dəfə məğlub edib.
Bununla da yarımfinalın cütləri bəlli olub. Aprelin 27-də və mayın 4-də üz-üzə gələcək duellərdə “İnter”lə “Qarabağ”, “Neftçi” “Qəbələ” ilə qarşılaşacaq. İlk oyunlar paytaxt təmsilçilərinin meydanında baş tutacaq.
Yarımfinal
(27 aprel – 4 may)
“İnter” – “Qarabağ”
“Neftçi” – “Qəbələ”
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib