[b]Azərbaycan kubokunda 19 komanda[/b]
03.10.2016 - 16:28
[b]Azərbaycan kubokunda 19 komanda[/b]

Azərbaycan kubokunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, püşkatma oktyabrın 6-da baş tutacaq.

 

Tədbir AFFA-nın inzibati binasında keçiriləcək. Mərasim saat 12:00-da start götürəcək.

 

Bu il Azərbaycan kuboku uğrunda 19 komanda yarışacaq.

Premyer Liqa klubları “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AZAL, “Sumqayıt”, həmçinin I divizion təmsilçilərindən “Rəvan”, “Qaradağ Lökbatan”, “Ağsu”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Bakılı”, “Şahdağ”, “Şərurspor”, “Səbail” kubokda qüvvəsini sınayacaq. “Energetik”, “Mil-Muğan” və “Göyəzən” isə bu dəfə yarışa qatılmayacaq.