[b]Azərbaycan kubokunda 1 dəqiqəlik sükut[/b]
12.12.2016 - 12:00
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları 1 dəqiqəlik sükutla başlayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Peşəkar Futbol Liqası (PFL) verib.
Müstəqil Azərbaycan futbolunun beynəlxalq dərəcəli ilk hakimlərindən olmuş Xalid Ağayev bir neçə gün öncə dünyasını dəyişib. Bununla əlaqədar olaraq, PFL qərara alıb ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşlərindən öncə 1 dəqiqəlik sükut elan olunsun.
Mənbə: pfl.az
0
0