[b]Azərbaycan kubokunda finalın püşkü atıldı[/b]
18.04.2017 - 15:26
Azərbaycan kubokunun final görüşünün püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, mərasimdə Peşəkar Futbol Liqasının, eləcə də “Qarabağ” və “Qəbələ” klublarının nümayəndəsi iştirak ediblər.
Püşkatmada “Qarabağ” Şahid Həsənov, “Qəbələ” isə Səbuhi Səfiyarlı ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.
Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu mayın 5-də Naxçıvan şəhər stadionunda keçiriləcək.
0
0