[b]Azərbaycan kubokunda ilk təyinatlar[/b]
11.10.2016 - 11:17
[b]Azərbaycan kubokunda ilk təyinatlar[/b]

Azərbaycan kubokunda mövsümün ilk təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, 1/16 final mərhələsində keçiriləcək oyunları Orxan Məmmədov və İnqilab Məmmədov idarə edəcək.

 

Sonuncu “Şəmkir” – “Qaradağ Lökbatan” matçının baş hakimi olacaq. FİFA hakimi isə “Turan Tovuz”  - “Bakılı” görüşündə fit çalacaq.

 

Azərbaycan kuboku

1/16 final
12 oktyabr (çərşənbə)


14:00. “Turan Tovuz”  - “Bakılı”
Hakimlər: Orxan Məmmədov, Vüsal Qənbərov, Cəmil Quliyev, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Namiq Qasımov
Hakim-inspektor: Qurban Məmmədov
Tovuz şəhər stadionu


14:00. “Şəmkir” – “Qaradağ Lökbatan”
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Elgün Hüseynov 
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Rüfət Əliyev
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu