[b]Azərbaycan kubokunun başlama vaxtı açıqlandı[/b]
10.10.2016 - 11:45
[b]Azərbaycan kubokunun başlama vaxtı açıqlandı[/b]

Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunlarının başlama vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yeni mövsümün oktyabrın 12-də keçiriləcək ilk qarşılaşmaları eyni saatda start götürəcək.

 

Birinci divizion təmsilçilərinin mübarizə aparacağı mərhələnin matçları saat 14:00-da başlayacaq. Qərblilərin paytaxt təmsilçiləri ilə duellərində “Turan Tovuz” “Bakılı”nı, “Şəmkir” “Qaradağ Lökbatan”ı qəbul edəcək.

 

Azərbaycan kuboku

1/16 final

12 oktyabr (çərşənbə)

 

14:00. “Turan Tovuz”  - “Bakılı”

Tovuz şəhər stadionu

 

14:00. “Şəmkir” – “Qaradağ Lökbatan”

Şəmkir Olimpiya İdman Kompleksinin stadionu