Azərbaycan Kubokunun 1/16 final mərhələsinin oyunları üçün təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək görüşlərdə fit çalacaq hakimlər müəyyənləşib.
Ağsuda baş tutacaq qarşılaşmada Rəvan Həmzəzadə, Bakıda təşkil ediləcək görüşdə isə sabiq FİFA referisi Orxan Məmmədov iş başında olacaq.
11 oktyabr (çərşənbə)
14:00. “Ağsu” – “Mil-Muğan”
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Nahid Əliyev, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzuli Nəcəfov
Ağsu şəhər stadionu
14:00. MOİK – “Turan Tovuz”
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Alik Yunusov
AFFA nümayəndəsi: Rüfət Əliyev
Hakim-inspektor: Xaqani Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"