[b]Azərbaycan kubokunun keçiriləcəyi məkan bəlli oldu![/b]
09.05.2016 - 16:24
[b]Azərbaycan kubokunun keçiriləcəyi məkan bəlli oldu![/b]

 

“Qarabağ” və “Neftçi” klublarının iştirakı ilə keçiriləcək Azərbaycan Kubokunun final görüşünün yeri müəyyənləşib. Apasport.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən xəbərinə görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 

Mayın 25-də keçiriləcək görüşdə nominal meydan sahibi “Qarabağ” olacaq. Mərkəzi arenadakı matçın başlama vaxtı ilə dəqiq deyil.