[b]Azərbaycan millisi püşkatmanı gözləyir[/b]
06.01.2017 - 13:20
[b]Azərbaycan millisi püşkatmanı gözləyir[/b]

21 yaşadək futbolçular arasında AVRO-2019-un seçmə mərhələsinin püşkatmasının tarixi və səbətləri bəlli olub. Apasport.az saytının məlumatına görə, püşkatma mərasimi yanvarın 26-da baş tutacaq.

 

Tədbirdə Avropanın 54 komandası iştirak edəcək. Onlar final mərhələsi İtaliyada təşkil olunacaq yarışa vəsiqələr uğrunda mübarizə aparacaq.

 

Püşk bu 54 komandanı hərəsində 6 komanda olmaq şərtilə 9 qrupa böləcək. İştirakçılar püşk zamanı səbətlərdə yer alacaq. İndidən bu yığmaların qərarlaşacağı səbətlər məlumdu.

 

Azərbaycan millisi gücünə görə 5-ci “doqquzluq”da yer alıb. Bu isə komandamıza yalnız bir “asan yem” – daha aşağı səbətdən olan komanda vəd edir.

 

1-ci səbət

Almaniya, Portuqaliya, İspaniya, İngiltərə, Danimarka, Fransa, İsveç, Çexiya, Serbiya

2-ci səbət

Slovakiya, İsrail, Hollandiya, Avstriya, Xorvatiya, Belçika, Polşa, İsveçrə, Sloveniya

3-cü səbət

Ukrayna, Norveç, Rusiya, Türkiyə, Rumıniya, İslandiya, Yunanıstan, Monteneqro, Finlandiya

4-cü səbət

Uels, Bolqarıstan, Makedoniya, Gürcüstan, Macarıstan, İrlandiya, Şotlandiya, Moldova, Albaniya

5-ci səbət

Litva, Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Belarus, Qazaxıstan, Kipr, Latviya, Estoniya

6-cı səbət

Malta, Lüksemburq, Şimali İrlandiya, Farer adaları, San-Marino, Andorra, Lixtenşteyn, Cəbəllütariq, Kosovo