[b]Azərbaycan millisinin DÇ-2018 şansı açıqlandı[/b]
15.10.2016 - 16:49
[b]Azərbaycan millisinin DÇ-2018 şansı açıqlandı[/b]

DÇ-2018-in seçmə mərhələsinin oktyabrda keçirilən oyunlarından sonra komandaların mundiala yüksəlmək şansları açıqlanıb. Apasport.az saytının məlumatına görə, football-rankings.info-nun mütəxəssisləri apardığı hesablamalarla yığmaların Rusiyada təşkil ediləcək final mərhələsinə çıxmaq ehtimallarını müəyyənləşdirib.

 

Siyahıda Azərbaycan millisi də yer alıb. Ekspertlər ilk 3 oyunda 7 xal toplayıb, 2-ci pillədə qərarlaşan komandamızın həlledici turnirə çıxmaq şansını 0,12 faizlə dəyərləndirib. Cədvələ yığmamızla eyni qrupda yer alan Almaniya başçılıq edir – 99,71 faiz. Braziliyanın mundial şansı 98,24, Fransanınkı 94,87 faizlə ölçülür.

 

Millimizin qrupdakı rəqiblərindən Şimali İrlandiya 7,87, Çexiya 6,51, Norveç 1,17 faiz şansa malikdi. Mütəxəssislər aşkar autsayder San-Marinonun final mərhələsinə çıxmasını mümkünsüz sayır.