[b]Azərbaycan yığmaları sonuncu səbətdə[/b]
03.11.2017 - 16:49
[b]Azərbaycan yığmaları sonuncu səbətdə[/b]

17 və 19 yaşadək qızlar arasında Avropa çempionatlarının elit-raundlarının səbətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu yaş qruplarından olan Azərbaycan milli komandalarının mümkün rəqibləri də müəyyənləşib.

 

Hər iki yığmamız noyabrın 24-də keçiriləcək püşkatma mərasimində sonuncu səbətdə yer alacaq. Bu da o deməkdi ki, D səbətində qərarlaşan yığmalarımızı ən güclülərlə mübarizə gözləyir.

 

Püşkatma mərasimləri İsveçrənin Nyon şəhərində baş tutacaq. Bakı vaxtı ilə saat 14:00-da U-19, 45 dəqiqə sonra U-17 yığmalarının püşkatması keçiriləcək. Hər iki turnirdə 28 komanda 7 qrupa bölünəcək.

 

U-17 (qızlar)

A səbəti: Almaniya, İspaniya, Avstriya, İngiltərə, İsveç, Hollandiya, Macarıstan

B səbəti: Polşa, İrlandiya, Fransa, Serbiya, Belçika, Danimarka, Norveç

C səbəti: Portuqaliya, İsveçrə, Çexiya, İslandiya, Şotlandiya, Bosniya və Herseqovina, Rusiya

D səbəti: Finlandiya, Sloveniya, İtaliya, Türkiyə, İsrail, Rumıniya, Azərbaycan

 

U-19 (qızlar)

A səbəti: Hollandiya, Fransa, Çexiya, İspaniya, Danimarka, Norveç, İngiltərə

B səbəti: Almaniya, Macarıstan, Avstriya, Polşa, Serbiya, İtaliya, Belçika

C səbəti: İslandiya, İsveç, Portuqaliya, İrlandiya, Slovakiya, Finlandiya, Rusiya

D səbəti: Sloveniya, Türkiyə, Uels, Şotlandiya, Azərbaycan, Yunanıstan, İsrail