[b]Azərbaycan yığması: 4-cü dəfə...[/b]
04.09.2016 - 23:35
[b]Azərbaycan yığması: 4-cü dəfə...[/b]

Azərbaycan millisi tarixində 56-cı quru oyunu keçirib. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in San-Marino ilə səfər görüşündəki 1:0 hesablı qələbəyədək komandamız 24 ildə keçirdiyi 223 matçda 55 dəfə qapısını toxunulmaz saxlamışdı.

 

56-cı uğur səfərdə əldə edilən 15-ci quru matç olub. Seçmə mərhələlərdə isə 17-ci dəfə yığmamız qol buraxmayıb. Bu 17 qarşılaşmadan yalnız 4-ü rəqib meydanında olub. San-Marinoyadək səfərdəki yalnız 3 seçmə oyununda komandamız qol buraxmamışdı.

 

Millinin qapıçısı Kamran Ağayev isə 16-cı quru oyununu keçirib. 61 oyunda 93 top buraxan qolkiper bunadək 15 dəfə qapısını toxunulmaz saxlamışdı.