18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi Kosovo ilə qarşılaşıb.
Tahir Baxşıyevin baş məşqçisi olduğu yığmamız bu görüşdə 77:66 (26:12, 16:22, 17:13, 18:19) hesabı ilə qalib gəlib. Millimizin heyətində Endar Poladxanlı daha məhsuldar olub – 24 xal.
Bu qələbə ilə finala yüksələn komandamız həlledici görüşdə son çempion Andorra ilə görüşəcək. Sonuncular yarımfinalda meydan sahiblərini məğlub edib – 89:63. Yığmamız qrupdakı 59:69 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan və Andorra arasında final oyunu bu gün keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.