Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsinin Çexiya ilə səfər qarşılaşması onunla da əlamətdar olub ki, yığmamız FİFA reytinqinin ilk “səhifə”sindəki rəqibdən xal alıb. Apasport.az saytının məlumatına görə, dünya futbol qurumunun siyahısında ilk 50 yerdən birini tutan komanda ilə seçmə matçında xal almaq yığmamız üçün nadir hadisədi.
Komandamız 24 illik tarixində bunadək 12 dəfə belə güclü rəqiblərdən xal almışdı. Çexiya ilə görüşdəki qolsuz heç-heçə yığma tarixində 13-cü belə uğur oldu. “Top-50” komandalarına 5 dəfə qalib gələn millimiz 8-ci dəfə 1 xalla kifayətlənib.
Lakin Çexiya ilə görüş bu xalın səfərdə qazanılması ilə əlamətdar olub. Bunadək yalnız 1 dəfə “50-lik” komandasını rəqib meydanında büdrətmişdik. Bu, 2003-cü ildə Podqoritsada gerçəkləşmişdi. Həmin vaxt reytinqdə 19-cu olan Serbiya və Çernoqoriya ilə 2:2 hesablı heç-heçə yığma tarixinin ən dəyərli səfəri sayılır.
Qeyd edək ki, FİFA-nın rəsmi siyahısında hər səhifədə 50 komanda yer alır.
Millimizin “Top-50”dan xal aldığı seçmə oyunları
15 noyabr 1995. Trabzon. AÇ. Azərbaycan – Polşa - 0:0 (27)
31 avqust 1996. Bakı. DÇ. Azərbaycan – İsveçrə - 1:0 (31)
4 sentyabr 1999. Bakı. AÇ. Azərbaycan – Portuqaliya - 1:1 (12)
6 iyun 2001. Bakı. DÇ. Azərbaycan – Slovakiya - 2:0 (25)
12 fevral 2003. Podqoritsa. AÇ. Serbiya və Çernoqoriya – Azərbaycan - 2:2 (19)
11 iyun 2003. Bakı. AÇ. Azərbaycan – Serbiya və Çernoqoriya - 2:1 (22)
28 mart 2007. Bakı. AÇ. Azərbaycan – Finlandiya - 1:0 (33)
14 oktyabr 2009. Bakı. DÇ. Azərbaycan - Rusiya - 1:1 (6)
12 oktyabr 2010. Bakı. AÇ. Azərbaycan - Türkiyə - 1:0 (21)
2 sentyabr 2011. Bakı. AÇ. Azərbaycan – Belçika - 1:1 (37)
15 oktyabr 2013. Bakı. DÇ. Azərbaycan – Rusiya - 1:1 (15)
3 sentyabr 2015. Bakı. AÇ. Azərbaycan – Xorvatiya - 0:0 (14)
11 oktyabr 2016. Ostrava. DÇ. Çexiya – Azərbaycan - 0:0 (33)