[b]Millimizdən tarixi nəticə[/b]
08.10.2016 - 16:51
[b]Millimizdən tarixi nəticə[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması tarixinin ən yaxşı nəticəsinə imza atıb. Apasport.az saytının məlumatına görə, millimiz buna AÇ-2017-in seçmə mərhələsindəki çıxışı ilə nail olub.

 

Komandamız tarixində ikinci dəfə 9 xal toplayıb. İlk dəfə AÇ-2002-nin seçmə mərhələsində bu qədər xal yığan U-21 15 illik rekordunu təkrarlayıb.

 

Yaşar Vahabzadənin yetirmələrinin topladığı xal AÇ-2002-nin seçmə mərhələsindəki xalımızla eyni olsa da, bu, top fərqi baxımından millinin tarixi ərzində ən yaxşı nəticəsidi. Belə ki, həmin seçmə mərhələdə 4 qol vuran yığmamız öz qapısından 17 top buraxıb. Yəni, top fərqi -13-ə bərabər olub. Bu dəfə isə millimizin top fərqi -11-di. Belə ki, rəqibləri 8 dəfə məyus edən yığmamız 19 dəfə mərkəzə dəvət olunub.

 

Qeyd edək ki, U-21 9 xalı Rusiya (3:0, 2:2) və Farer adalarından (1:0, 1:1) 4, Finlandiyadan (0:0) isə 1 xal almaqla toplayıb.    

 

 

AÇ-96 10 1 0 9 5-36 3

AÇ-98 - - - - - -

AÇ-2000 8 1 1 6 5-20 4

AÇ-2002 10 2 3 5 4-17 9

AÇ-2004 8 0 0 8 0-22 0

AÇ-2006 10 0 3 7 1-17 3

AÇ-2007 2 0 0 2 0-6 0

AÇ-2009 10 0 3 7 6-21 3

AÇ-2011 8 1 1 6 8-19 4

AÇ-2013 8 2 1 5 6-18 7

AÇ-2015 8 2 1 5 9-15 7

AÇ-2017 10 2 3 5 8-19 9