Sabah 21 yaşadək futbolçular arasında AVRO-2019-un seçmə mərhələsinin püşkatması keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunacaq.
Bakı vaxtı ilə saat 12:00-da başlayacaq mərasimdə 54 yığma iştirak edəcək. Onlar final mərhələsi İtaliya və San-Marinoda təşkil olunacaq yarışa vəsiqələr uğrunda mübarizədəki rəqiblərini tanıyacaq.
Püşk bu 54 komandanı hərəsində 6 komanda olmaq şərtilə 9 qrupa böləcək. İştirakçılar püşk zamanı səbətlərdə yer alacaq.
Azərbaycan millisi gücünə görə 5-ci “doqquzluq”da, E səbətində yer alıb. Litva, Ermənistan, Bosniya və Herseqovina, Belarus, Qazaxıstan, Kipr, Latviya və Estoniya da eyni səbətdədi.
Bu isə Yaşar Vahabzadənin yetirmələrinə yalnız bir “asan yem” – daha aşağı səbətdən olan komanda vəd edir. Belə mümkün rəqiblər sırasında Malta, Lüksemburq, Şimali İrlandiya, Farer adaları, San-Marino, Andorra, Lixtenşteyn, Cəbəllütariq və Kosovo yer alıb.
A səbəti
Almaniya, Portuqaliya, İspaniya, İngiltərə, Danimarka, Fransa, İsveç, Çexiya, Serbiya
B səbəti
Slovakiya, İsrail, Hollandiya, Avstriya, Xorvatiya, Belçika, Polşa, İsveçrə, Sloveniya
C səbəti
Ukrayna, Norveç, Rusiya, Türkiyə, Rumıniya, İslandiya, Yunanıstan, Monteneqro, Finlandiya
D səbəti
Uels, Bolqarıstan, Makedoniya, Gürcüstan, Macarıstan, İrlandiya, Şotlandiya, Moldova, Albaniya
E səbəti
Litva, Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Belarus, Qazaxıstan, Kipr, Latviya, Estoniya
F səbəti
Malta, Lüksemburq, Şimali İrlandiya, Farer adaları, San-Marino, Andorra, Lixtenşteyn, Cəbəllütariq, Kosovo
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı