“Dürüst olmalıyam. II Bundesliqanın ab-havasını ilk dəqiqələrdən hiss etmək möhtəşəm hissdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov deyib.
Almaniya mətbuatına qısa açıqlama verən 26 yaşlı yarımmüdafiəçi II Bundesliqanın XIV turu çərçivəsində “Vursburger Kikkers”lə keçirdikləri oyuna toxunub. O, 1:1 hesabı ilə başa çatan görüşdə əsas heyətdə yer almasını sevinclə qarşıladığını bildirib.
Nazarov öz mövqeyində çıxış edəndə özünü daha yaxşı hiss etdiyini qeyd edib: “Hər futbolçu üçün öz mövqeyində oynamaq əladı. Onda özünü daha yaxşı tərəfdən göstərə bilirsən”.
Bununla bağlı komandanın baş məşqçisi Pavel Doçev də açıqlama verib: “İlk hissədə Dmitriyə bir qədər rahat deyildi. Çünki öz mövqeyində oynamırdı. Fasilədən sonra onu öz mövqeyinə keçirdik. Bundan sonra Nazarova asan oldu”.