Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatına Hollandiya yığmasının hansı heyətlə qatılacağı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, toplanışa 33 futbolçu ilə başlayan “narıncılar” 15 oyunçunu “ixtisara salıblar”.
Belə ki, hollandların Bakıya gətirəcəkləri “18-lik” açıqlanıb. “Feyenord” 5, “Ayaks” və “PSV Eyndhoven” isə yığmada hərəyə 4 oyunçu ilə təmsil olunurlar: Tahit Çonq, Dilan Vente, Tirell Malasia, Boyd Reyt, Cordi Vehrmann (hamısı “Feyenord”), Matthis de Liqt, Navayo Bakburd, Castin Klyuvert, Çe Nunneli (hamısı “Ayaks”), Leandro Fernandes, Cordan Teze, Castin Lonviyk, Mayk van de Meulenhof (hamısı “PSV Eyndhoven”), Donyell Malen (“Arsenal”, İngiltərə), Paskal Struyk (“Den Haq”), Ferdi Kadioğlu (“Neymegen”), Menno Vink (“Utrext”) Ouen Viyndal (“Alkmar”).
Qeyd edək ki, mayın 5-dən 21-dək davam edəcək AÇ-də Hollandiya yığması İtaliya, Serbiya və İspaniya milliləri ilə eyni qrupda mübarizə aparacaq. “Narıncılar” ilk görüşlərini mayın 6-da İspaniyaya qarşı keçirəcəklər.