[b]Azərbaycana qayıtmaq istəyən futbolçu problemlə üzləşdi[/b]
05.07.2016 - 14:38
[b]Azərbaycana qayıtmaq istəyən futbolçu problemlə üzləşdi[/b]

Topaz Premyer Liqasının 2016/2017 mövsümünün hazırlığını davam etdirən “Zirə”də 2 futbolçunun gələcək taleyinə hələ aydınlıq gəlməyib. Apasport.az saytının məlumatına görə, söhbət Yovan Krneta və Viktor İqbekoyidən gedir.

 

Müqaviləsinin müddəti başa çatan Krneta ilə klub rəhbərliyi əməkdaşlığı davam etdirməkdə maraqlıdı. Lakin serbiyalı müdafiəçi sənədi ilə bağlı problemlə üzləşdiyindən, hələ Azərbaycana qayıda bilməyib. Bu səbəbdən onun komandada qalıb-qalmayacağı dəqiqləşməyib.

 

Eyni vəziyyətlə İqbekoyi də üzləşib. Nigeriyalı futbolçunun bir müddət öncə komandadan ayrıldığı deyilsə də, onun karyerasını “Zirə”də davam etdirmək variantı var. Danışıqlar baş tutsa, İqbekoyi ötən mövsümü keçirdiyi komandada qalacaq.

 

Qeyd edək ki, yay fasiləsində “Zirə” Tural Cəlilov, Yamin Ağakərimzadə, Yasin Həmid, Murad Səttarlı, Cəmil Hacıyev, Gerhard Proqni, Milan Duriç və Migel Lorenzonu heyətinə qatıb. Komandadan isə Nicat Qurbanov, Tərzin Cahangirov, Sadiq Quliyev, Tellur Mütəllimov, Nelson Bonilla, Rəşad Abdullayev, Ruslan Poladov, Çimezi Mbah, Dieqo Souza, Luis Alberto Diez və İqor İvanoviç ayrılıb.