Azərbaycan millisinin sabiq futbolçusu Fərid Quliyev Türkiyənin “Yozqatspor” klubuna keçməklə, qeyri-adi göstəriciyə imza atıb. Apasport.az saytının məlumatına görə, yeni komandası 30 yaşlı futbolçunun karyerasında 14-cüdü.
Peşəkar karyerasına 2003-cü ildə başlayan hücumçu 13 ildə bu qədər klub dəyişən azsaylı oyunçulardandı. Təkcə Azərbaycanda deyil, dünyada 10 və daha çox komandada oynayanlar o qədər də çox olmur.
Fərid isə təkcə Premyer Liqa karyerasında 10 kluba xidmət edib. Bu isə onu hazırda karyerasını davam etdirənlər arasında rekordçu edib. Düzdü, çempionatlar tarixində daha çox klubda oynamış 10-15 futbolçu da olub. Lakin onlar artıq karyeralarını bitirib. Quliyev isə Türkiyədən qayıdıb, daha 3 klubda oynasa Premyer Liqanın rekordunu təkrarlayacaq.
O, oynadığı vaxtda iddialı olan “Bakı”, “Qarabağ” və “Neftçi”nin də uğurları üçün çalışıb. “Standard”ın heyətində Premyer Liqanın ən yaxşı bombardiri tituluna yiyələnən hücumçu sonradan “Muğan”, “Simurq”, “Turan”, “Kəpəz” və “Sumqayıt”ın da şərəfini qoruyub. Cari mövsümə “Rəvan”da başlayan Fərid bu rəqəmi 10-a çatdırıb.
Əslində, onun karyerasında daha bir Premyer Liqa klubu var. Fəaliyyətini dayandırdığı üçün nəticələri ləğv olunan “Araz-Naxçıvan”ı da saysaq, Quliyevin Premyer Liqa klubları 11-ə çatar. I divizionda da özünü sınamış hücumçu “Şuşa”da da çıxış edib.
2003-2015-ci illərdə, yəni 12 il ərzində Azərbaycanın 12 klubunda oynayan Quliyev 2016-cı ili yeni komandada keçirəcək. “Yozqatspor” onun karyerasında ikinci xarici klubdu. Əvvəl Türkiyənin “Kahramanmaraşspor” komandasında da oynamış həmyerlimiz bununla da klublarının sayını 14-ə çatdırıb.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI