“Zirə”nin futbolçusu Riçard Qadze cari mövsüm Azərbaycan Premyer Liqasında qol vuran ilk qanalı olub. Apasport.az saytının məlumatına görə, XVIII turun “Qəbələ” ilə görüşünədək Afrikanın bu ölkəsinin təmsilçiləri fərqlənməmişdi.
Bununla, Qana futbolçuları çempionatımızda qol vuran 21-ci ölkə olub. Mövsümün arxada qalan 18 turunda vurulan 166 qoldan 3-ü avtoqol olubsa, digər 163 topdan 82-si yerli, 81-i əcnəbi futbolçuların hesabındadı.
Qadzeyədək 79 qol 20 ölkə təmsilçisinin hesabına yazılmışdı. O, gəlmələrin 80-ci topuna imza atan 21-ci ölkədən olan oyunçu olub. 81-ci qolu isə fransalı Uqo Barqas vurub.
Premyer Liqada ən çox qol Xorvatiya futbolçularının hesabındadı. Filip Ozobiç təkbaşına 10 dəfə fərqlənib. Braziliya, həmçinin milliləşənlərlə birlikdə Rusiya 9 dəfə yetirmələrinin qolunu qeydə alıb. Baqali Dabo ilə Barqaslın təmsil etdiyi Fransanın 8 qolu var.
|
yer |
ölkə |
qol |
|
1 |
Xorvatiya |
10 |
|
2-3 |
Braziliya |
9 |
|
|
Rusiya |
9 |
|
4 |
Fransa |
8 |
|
5 |
İspaniya |
6 |
|
6-7 |
CAR |
5 |
|
|
Gürcüstan |
5 |
|
8 |
Kamerun |
4 |
|
9-10 |
Estoniya |
3 |
|
|
Paraqvay |
3 |
|
11-18 |
Albaniya |
2 |
|
|
İsveçrə |
2 |
|
|
Liberiya |
2 |
|
|
Makedoniya |
2 |
|
|
Nigeriya |
2 |
|
|
Rumıniya |
2 |
|
|
Serbiya |
2 |
|
|
Ukrayna |
2 |
|
19-21 |
Çili |
1 |
|
|
Mərakeş |
1 |
|
|
Qana |
1 |
|
|
Cəmi |
81 |