[b]Azərbaycandan gedən rumın futbolçu klub axtarışındadı[/b]
30.12.2015 - 14:07
[b]Azərbaycandan gedən rumın futbolçu klub axtarışındadı[/b]

“Xəzər Lənkəran”dan ayrıldıqdan sonra diqqətimi istirahətə yönəltmişəm. Hələ ki, yeni komanda tapa bilməmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Adrian Skarlatake deyib.

 

“Xəzər Lənkəran”ı tərk edən rumıniyalı müdafiəçi hazırda klub axtarışındadı. Əvvəlcə Rumıniyaya gedən Skarlatake ordan da istirahətə yollanıb.

 

Uzun müddət Azərbaycan çempionatında çıxış etmiş Adrian hazırda bir neçə klubla danışıq aparır. Amma onun əsas hədəfi Azərbaycana dönməkdi: “Mənim istəyim Azərbaycana qayıtmaqdı. Bunu ölkənizi tərk edəndə də demişdim. Amma hələlik ölkənizdən mənə heç bir təklif gəlməyib. Menecerim hazırda bir neçə klubla danışıq aparır. İndiki məqamda Türkiyə və Çin variantları realdı”.

 

Skarlatake əlavə edib ki, gələn təklifləri dəyərləndirdikdən sonra yekun qərarını verəcək: “Yanvara qədər gözləyəcəm. Təklif olsa, Azərbaycan variantına üstünlük verəcəyəm. Olmasa, Türkiyə və ya Çinə yollana bilərəm”.