[b]Azərbaycanın 9-cusu[/b]
08.07.2016 - 15:56
[b]Azərbaycanın 9-cusu[/b]

“Kəpəz” tarixində ilk dəfə avrokuboklarda mərhələ adlayıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində Moldova “Daçiya”sını keçən Gəncə təmsilçisi qitə miqyaslı turnirlərdə uğur qazanan 9-cu Azərbaycan klubudu.

 

Bunadək yalnız 8 komandamız mərhələ keçməyi bacarmışdı. “Neftçi” 9-cu, “Qəbələ” isə 5-ci dəfə rəqibini dayandırmağa müvəffəq olub.

 

Bu göstəricidə rekord isə “Qarabağ”a məxsusdu. Ağdamlılar ümumilikdə 15 mərhələni uğurla adlayıb. “İnter” 7, “Xəzər Lənkəran” 2, “Şəmkir”, “Karvan” və “Bakı” hərəyə 1 dəfə belə uğur əldə edib.