[b]Azərbaycanlı futbolçu “Slaviya”ya lazım olmadı[/b]
21.01.2017 - 13:21
[b]Azərbaycanlı futbolçu “Slaviya”ya lazım olmadı[/b]

Bolqarıstan klubu “Slaviya” azərbaycanlı futbolçu Mirkamil Həşimli ilə bağlı qərarını verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bolqarlar gənc yarımmüdafiəçinin çıxışından razı qalmayıblar.

 

Bu barədə komandanın baş məşqçisi Vladimir İvanov məlumat verib. O, Qazaxıstan klubu “İrtış”la yoxlama görüşündə 21 yaşlı oyunçunu sınadıqlarını və onu geri göndərmək qərarına gəldiklərini söyləyib: “Pis futbolçu deyil. Amma yerli oyunçulardan heç nədə fərqlənmir. Bizim siyasətimiz öz oyunçularımızın yetişib əsas komandaya cəlb edilməsi üzərində qurulub”.

 

Qeyd edək ki, cari mövsümün əvvəlində “Zirə” ilə yollarını ayıran Mirkamil Həşimli hazırda klubsuzdu.